Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.06.2015

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuz rayonunda Qazax, Tovuz, Ağstafa rayon sakinlərini qəbul edəcək.
Qəbul Tovuz rayonu Olimpiya İdman Kompleksində ( ünvan: Tovuz şəhəri, H.Əliyev prospekti 1.) saat 10:00-da keçiriləcək.  
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
DQİDK-nın bölgə şöbə müdiri: Eldəniz Vəliyev
Mob: (055) 483-77-54
 
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az