21.01.2016
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda bu şəhərin, eləcə də Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul Sumqayıt şəhərindəki Tarix Muzeyində (Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev prospekti) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Şirin Cəfərov
Mob: (050) 559-19-29
İş: (018) 654- 05-33
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az