Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.03.2015

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Siyəzən rayonunda Siyəzən, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edəcək.Qəbul Siyəzən şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Siyəzən şəhəri, H.Əliyev küçəsi, 90) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev
Tel: (023) 33-5-22-70
Mob: (050) 722-91-25
 
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az