13.03.2017
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şabranda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 17-də Şabran şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul Şabran şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev pr, 60/A) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev
Mob: (050) 722-91-25
Telefon: (023) 33-5-22-70
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az