10.12.2015
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı rayonunda Sabirabad, İmişli, Saatlı, Xocavənd və Beyləqan rayon sakinlərini qəbul edəcək.
Qəbul Saatlı şəhərindəki Gənclər Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov
Mob: (050) 562-72-32
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az