Şriftin ölçüsü:

Saytın rəngi:

13.01.2015

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinlə görüşüb

Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinlə görüşüb.
Görüş zamanı dini icmanın fəaliyyəti  müzakirə olunub. Aleksandr İşein bildirib ki, müxtəlif dinlərin və millətlərin nümayəndələri Azərbaycanda  sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Ümummilli Lider Heydər Əliyevin “Çoxmillətlilik bizim zənginliyimizdir” sözlərini xatırladan A.İşein Azərbaycanda İslamla yanaşı, Xristianlığın və Yəhudiliyin də tarixi köklərinin olduğunu, ölkəmizdə hər kəsin müxtəlif dini bayramları sərbəst şəkildə qeyd etdiyini vurğulayıb. O bildirib ki, Moskva və Ümumrusiya Patriarxı II Aleksi və Kirillin ölkəmizə səfərləri iki dövlət arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğuna bariz nümunədir.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin din sahəsinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, dini icmalara bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi tərəfindən bütün lazımi dəstək göstəriləcək.