19.11.2015
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qusarda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qusar rayonunda Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək.
Qəbul Qusar şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev
Mob: (050) 722-91-25
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az