Şriftin ölçüsü:

Saytın rəngi:

21.01.2015

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yehovanın Şahidləri"nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb

Yanvarın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yehovanın Şahidləri"nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə "Yehovanın Şahidləri"nin  Avropa Assosiasiyasının nümayəndələri Mark Hanson, Vasili Kalenlə yanaşı, yerli icmanın təmsilçiləri də iştirak ediblər. Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı təmin olunub. Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildiriblər.