Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.04.2017

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qobustanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 21-də Qobustan şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul Qobustan şəhər Gənclər Mərkəzində (H.Əliyev pr.) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
DQİDK-nın bölgə şöbə müdiri: Rəhim Rəhimli
Mob: (055) 291-40-80
Telefon: (020) 26- 5-33-04
e-mail:info@scwra.gov.az