Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 25-də Mingəçevir şəhərində Ağdaş, Bərdə rayonlarının, eləcə də Yevlax və Mingəçevir şəhərlərinin sakinlərini qəbul edəcək. Qəbul Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi, 172) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev
Əlaqə vasitələri:
Mob: (050) 211-68-89
Telefon: (022) 33-6-55-95
Elektron poçt ünvanları:
chairman@scwra.gov.az
info@scwra.gov.az
dk-yevlax@scwra.gov.az