27.04.2015
DQİDK-nın bölgə şöbə müdiri: Mehman İsmayılov
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsmayıllıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 29-da İsmayıllı rayonunda Şəki, Qəbələ, Oğuz rayon sakinlərini qəbul edəcək.
Qəbul İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəyə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Mehman İsmayılov
Tel: (024) 22-5-32-23
Mob: (070) 319-38-35