11.03.2016
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 17-də Hacıqabul rayonunda Şirvan, Hacıqabul və Qobustan rayon sakinlərini qəbul edəcək. Qəbul Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 1) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Azər Sadıqov
Tel: (02121) 5-21-30
Mob: (050) 599-80-69
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az