19.02.2015
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstandan gələn nümayəndə heyətini qəbul edib
Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstan Patriarxlığının Xarici əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşanidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə QMİ-nin sədr müavini Hacı Salman Musayev və Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze iştirak edib.
Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən din sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.