20.02.2015
DQİDK-nın bölgə şöbə müdiri: Nizami Məmmədov
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göyçayda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Göyçay şəhərində Ucar, Ağdaş, Göyçay rayonlarından, eləcə də Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edəcək.
Qəbul Göyçay şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti, 98) saat 11:00-da keçiriləcək.
Qəbul Göyçay şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti, 98) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Nizami Məmmədov
Tel: (020) 23-5-50-97
Mob: (070) 361-60-54
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az