Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.06.2018

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 21-də Gədəbəydə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Gədəbəy rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri vəzifəsini icra edən: Rasim Tağıyev

Əlaqə vasitələri:
Mob: (051) 532-66-00
Telefon: (02231) 5-38 -91     
Elektron poçt ünvanları:
e-mail:chairman@scwra.gov.az
info@scwra.gov.az
dk-tovuz@scwra.gov.az