Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.07.2016

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən rayonunda Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Balakən rayon Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 42) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
DQİDK-nın bölgə şöbə müdiri: Mehman İsmayılov
Mob: (070) 319-38-35
Telefon: (02422) 5-32-23
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az