23.09.2015
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Astarada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Astara rayonunda Lerik, Lənkəran, Astara rayon sakinlərini qəbul edəcək.
Qəbul Astara şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, Azərbaycan küçəsi, 26 b) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Qağayı Məmmədov
Mob: (050) 380-27-43
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az