23.09.2016
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağsuda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu rayonunda Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: M.Rəsulzadə küçəsi) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Rəhim Rəhimli
Mob: (055) 291-40-80
Telefon: ( 020) 26-5-33-04
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az