Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2016

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdaşda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 1-də Ağdaş rayonunda Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev
Mob: (050) 211-68-89
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az