Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.05.2017

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdamda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 23-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağcabədi, Tərtər və Ağdam rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov
Mob: (050) 315-53-52
Telefon: (021) 27-5-52-00
e-mail:info@scwra.gov.az