Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.10.2014

Dövlət Komitəsinin sədri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib. Görüş zamanı Azərbaycanla İsrail arasında əlaqələrin tarixi köklərə malik olduğu və bu münasibətlərin hazırda da uğurla davam etdiyi vurğulanıb.
Səfir Rafael Harpaz Azərbaycanda yəhudilərə göstərilən diqqətdən, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Səfir qeyd edib ki, azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər və burada nə vaxtsa dini və etnik zəmində hər hansı problemlə qarşılaşmayıblarGörüş zamanı Azərbaycanla İsrail arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.