Şriftin ölçüsü:

Saytın rəngi:

03.09.2014

Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.
Görüşdə Dövlət Komitəsinin sədri  İran-Azərbaycan münasibətlərinin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığı vurğulayıb.
İki ölkə arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edən Səfir Möhsün Pakayin,  Mübariz Qurbanlını DQİDK-ya sədr təyin edilməsi münasibəti ilə də təbrik edib.
Görüşdə Azərbaycan və İran arasında din sahəsində əməkdaşlıq, dini təhsil, həmçinin birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.