Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.12.2014

Dövlət Komitəsinin sədri İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu qəbul edib.
Görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında bütün sahələr üzrə əlaqələr  uğurla inkişaf edir.
Azərbaycanda olduğu iki il ərzində gördüyü işlərdən danışan səfir  ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü  bildirib və onu 2015-ci ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan İslam alimlərinin 4-cü Beynəlxalq Konfransına dəvət edib.