Şriftin ölçüsü:

Saytın rəngi:

19.09.2014

Dövlət Komitəsinin sədri “Həyat sözü” dini icmasının İsveçdəki mərkəzinin rəhbərini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Həyat sözü” dini icmasının İsveçdəki mərkəzinin rəhbəri Kristian Akerhielmi qəbul edib.
Görüş zamanı qonaq Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri çox yüksək qiymətləndirib. Azərbaycanda dəfələrlə səfər etdiyini diqqətə çatdıran Kristian Akerhielmi ölkəmizdəki inkişafdan mütəəssir olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır. Bütün tarixi dövrlərdə ölkəmizdə dinlər arasında heç bir problem yaşanmayıb.
Qeyd edək ki, “Həyat sözü” dini icması DQİDK-da dövlət qeydiyyatına alınmış xristianlığın protestant qoluna mənsub kilsədir.