Şriftin ölçüsü:

Saytın rəngi:

13.02.2015

Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında dini, mədəni və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.