Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.03.2015

Dövlət Komitəsinin sədri Fransanın ölkəmizdəki səfirinin I müşaviri Fabyen Brua Lozinskini qəbul edib

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransanın ölkəmizdəki səfirinin I müşaviri Fabyen Brua Lozinskini qəbul edib. Görüş zamanı Komitə sədri ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunverciliklə tənzimlənir. Öklədə dini radikalizm meyillərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Mübariz Qurbanlı bildirib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir,  dini və milli kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.
Səmimi görüş üçün minnətdarlıq edən qonaq ölkəmizdəki tolerantlıq mühitindən, müxtəlif xalqların və dini konfessiya nümayəndələrinin birgə yaşayışından məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycan müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus insanların birgə və sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir.