Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.10.2014

Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı səfirini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa İttifaqının  Azərbaycandakı səfiri xanım Malena Mardı qəbul edib. DQİDK sədri rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verərək ölkəmizdə mövcud tolerantlıq, dinlərarası münasibətlər haqqında danışıb.Qeyd olunub ki, bu gün dünyada, xüsusən Avropada, yaxın şərqdə dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil.  Görüşdə ,həmçinin, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən, din sahəsi ilə bağlı məsələlər müxtəlif aspektlərdə müzakirə olunub.