Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.03.2015

Dövlət Komitəsinin sədri ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendini qəbul edib

Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  “Amerika günləri” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi ilə görüşüb.
Görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizin tolerantlıq ənənələri, dövlətin multikultutalizm siyasəti, dini konfessiyalar arasındakı münasibətlərdən danışaraq bildirib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub. Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.
Corctaun Universitetinin imamı Yəhya Hendi Azərbayacana səfərindən və burada keçirdiyi görüşlərdən danışaraq qeyd edib ki, artıq ikinci dəfədir ölkəmizə səfər edir. Qonaq bildirib ki, Azərbaycan ona doğma ölkədir və burada sürətlə gedən inkişaf prosesi onu sevindirir. Dini icmalarla keçirdiyi görüşlərdən bəhs edən Yəhya Hendi ölkəmizdəki dini tolerantlıqdan, dini icmaların fəaliyyətindən məmnunluq duyduğunu, ölkəmizin tolerantlıq modelinin bütün dünya üçün nümunə ola biləcəyini vurğulayıb.