Şriftin ölçüsü:

Saytın rəngi:

17.09.2013

Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı

Dövlət Komitəsinin mətbuat xidməti Komitə sədri Elşad İskəndərovun İrana davam edən səfəri ilə bağlı  bəzi KİV-lərdə yayılan məlumatı şərh edib

Dövlət Komitəsindən bildirilib ki,  səfər çərçivəsində Suriya məsələsi ümumiyyətlə müzakirə olunmayıb və bu həqiqətə uyğun deyil. “Elşad İskəndərovun İranın mədəniyyət naziri və Ali Liderin məzhəblərarası yaxınlaşma üzrə müşaviri ilə görüşlərdə dini radikallaq və təkfirçilərlə mübarizənin labüdlüyü haqqında guya səsləndirilən fikirlər həqiqətə uyğun deyil.” Dövlət Komitəsi bildirir ki,  göstərilən qurumlar xarici siyasət məsələlərinə heç bir müdaxilə etmirlər. Bu isə bir daha təsdiq edir ki, Suriyadakı beynəlxalq problem məsələsi ümumiyyətlə müzakirə obyekti ola bilməzdi.


“Sözügedən məlumat istinadsız yayılıb və Azərbaycanın rəsmi mənbələri ilə, o cümlədən DQİDK, XİN və qeyd olunan görüşlərdə iştirak etmiş Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin rəhbəri ilə  dəqiqləşdirilməyib. Baxmayaraq ki, Azərbaycanın İrandakı fövqaladə və səlahiyyətli səfiri bütün görüşlərdə, o cümlədən adıçəkilən görüşdə E. İskəndərovu müşaət edib.”
 
Məlumatda o da qeyd olunur ki, bütün məzhəblərə zidd olan təkfir və dini radikallıq ideologiyası ilə mübarizə dünya ictimaiyyətinin beynəlxalq prioritetləri sırasında yer alır. Məhz bu amil də Dövlət Komitəsinin sədrinin bütün görüşlərində dəfələrlə qeyd olunub.
“Sonuncu tezis hətta bu məsələlər ətrafında həqiqətə uyğun olmayan fikirlər yayan, göstərilən dini qruplaşmalarla bilavasitə ünsiyyət quran və onlara rəğbət bəsləyən (bu barədə Dövlət Komitəsi dəqiq məlumata malikdir) KİV təmsilçilərində də şübhə doğurmamalıdır”  - DQİDK-nın mətbuat xidmətinin məlumatında qeyd olunur.