Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.07.2014

Dövlət Komitəsinin kollektivinin ümumi iclası keçirilmişdir (Foto)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollektivin ümumi iclası keçirilmişdir. İclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, DQİDK-nın mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak etmışlər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan  müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi habelə vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalşdırılmasına xidmət edir.
Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.
Sonda bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
DQİDK-nın mətbuat xidməti