12.12.2017
Dövlət Komitəsinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 14 il keçir.
Respublikamızın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Ulu Öndər Heydər Əliyevin anım mərasimləri təşkil olunur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabana gedərək Ümummilli Liderimizin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.