Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.12.2016

Dövlət Komitəsinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar  Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda anım mərasimləri təşkil olunur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.