12.12.2025
Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.
Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.




