Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.05.2019

Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabana gələrək, müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.