Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü münasibəti ilə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Komitə əməkdaşları Ulu Öndərin məzarı önünə gül dəstələri qoyublar.