Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.06.2026

Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçirilib

İyunun 4-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) təlim keçirilib. Tədbirdə “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri, ekspert Əhməd Abbasbəyli, Dövlət Komitəsinin Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev və Komitənin əməkdaşları iştirak ediblər.
Dövlət Komitəsinin şöbə müdiri A.Əliyev çıxışında bildirib ki, təlim Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci “korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi”, 5.2-ci “dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması”, 6.2-ci “dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi” və 6.9-cu “mediadan, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi” bəndlərinin icrası çərçivəsində həyata keçirilir. O, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, şəffaflığın artırılması və idarəetmədə hesabatlılığın təmin edilməsi sahəsində əldə olunan müsbət nəticələrdən bəhs edib.
Daha sonra çıxış edən təlimçi-ekspert Ə. Abbasbəyli “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda geniş məlumat verib. Ə.Abbasbəyli bu sahədə mövcud qanunvericilik bazasını iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlarının və digər normativ aktların tələblərini izah edib, həmçinin bir sıra beynəlxalq sənədlər barədə məlumat verib.
Çıxışlar zamanı korrupsiyaya qarşı mübarizənin hüquqi və praktiki aspektləri vurğulanıb, Milli Fəaliyyət Planının strateji bəndlərinin icra vəziyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi bu sahədə mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda dövlət qurumlarında ictimai iştirakçılığın genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması şəffaflığın təmin edilməsində əsas mexanizmlərdən biri hesab edilib. Çıxışlarda dövlət orqanlarının əməkdaşları arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacibliyi xüsusi olaraq qeyd olunub.
Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.