Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2017

Dövlət Komitəsinin əməkdaşları Astarada şəhidin məzarını ziyarət ediblər

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov və Komitənin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Astara rayonundakı dini icma sədrləri, din xadimləri və ziyalılar Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş silahlı qüvvələrimizin hərbi qulluqçusu Fikrət Nuşirəvan oğlu Bəşirovun Astara rayonu Şahağacı kəndindəki məzarını ziyarət ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Dövlət Komitəsi adından şəhidin atasına və ailə üzvlərinə başsağlığı verərək onun rəşadəti və qəhrəmanlığının hər birimizin qəlbində sonsuz fərəh və iftixar hissi yaratdığını deyib.
Şəhidin atası Nuşirəvan Bəşirov göstərilən ehtirama görə minnətdarlığını bildirərək, övladının vətən uğrunda şəhid olması, şəhidlik zirvəsinə yüksəlməsi ilə fəxr etdiyini qürurla bildirib.
Sonda şəhidin ruhuna dualar oxunub.