Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2018

Dövlət Komitəsinin əməkdaşı Ümumrusiya Millətlərarası Gənclər Forumunda iştirak edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Ayxan Həsənov “Rossotrudniçestvo”nun “Yeni Nəsil” proqramı çərçivəsində Rusiyanın Millətlərlə İş üzrə Federal Agentliyinin təşkilatçılığı ilə cari ilin 17-22 oktyabr tarixlərində Moskva şəhərində keçirilən, gənclər arasında mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafı, habelə Rusiya və xarici ölkələrin xalqları arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş Ümumrusiya Millətlərarası Gənclər Forumunda iştirak edib.

MDB ölkələri və Rusiyada yaşayan 193 xalqın nümayəndələrinin qatıldığı forum çərçivəsində müxtəlif panellərdə çıxış edən A.Həsənov Azərbaycanda multikulturalizm ənənələrindən, müxtəlif din və mədəniyyət daşıyıcılarının ölkəmizdə sabit, qarşılıqlı anlaşma və hörmət şəraitində birgəyaşayışından, Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.