19.07.2017
Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirmə tədbiri keçirilib
İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Zaman Şirinov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Hacıalılı kənd inzibat ərazi dairəsi üzrə nümayəndəsinin müavini Azər Qədirov, Hacıalılı kənd məscidi dini icmasının sədri Mehman Şəfiyev, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev tədbirdə çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərindən, müsəlman aləmində, eləcə də dünyada sabitliyin və dayanıqlı sülhün təmin edilməsi üçün İslam həmrəyliyinin, millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyindən danışıb. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən, müsəlman dövlətləri arasında iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığın inkişafına dəsətək verən düşünülmüş təşəbbüsdür.
Tədbirdə Hacıalılı kənd məscidi dini icmasının üzvü Elşən Şeyixzadə qeyri-ənənəvi radikal dini cərəyanların zərələri haqqında danışaraq onlarla mübarizədə ənənəvi dini dəyərlərin inkişafının əhəmiyyətini xüsusilə vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.