Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.10.2015

Dövlət Komitəsinin dəstəyi ilə gənclər arasında milli-mənəvi dəyərlər təbliğ olunur

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Bakıda və regionlarda tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə oktyabrın 16-da Tovuz məscidi dini icması milli-mənəvi dəyərlərimizin qorunması çərçivəsində Tovuz rayon Düz Qırıqlı kəndində “Gənclərimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirib. Tədbirdə dini icmanın sədri Nəriman  İbayev layihənin məqsədi,  milli-mənəvi dəyərlər, radikalizmə qarşı mübarizə metodlarından danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxışında dövlətin din siyasəti barədə ətraflı məlumat verib. Şöbə müdiri həmçinin, dini radikalizmin tarixi kökləri və onun ictimai münasibətlərə və milli-mənəvi dəyərlərimizə zərərlərindən danışıb.