28.09.2015
Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Tovuz rayon məscidi dini icmasının "Milli- mənəvi dəyərləri qoruyaq" layihəsi çərçivəsində Tovuz şəhəri N.Tusi adına liseyində "Qurban bayramı milli-mənəvi dəyərlər kontektstində” adlı geniş tədbir keçirilib. Tədbirdə müxtəlif peşə sahibləri və gənc nəslin nümayəndələri iştirak ediblər. Tədbiri dini icmanın sədri Nəriman ibayev açaraq Qurban bayramının mahiyyəti barədə, eləcə də dini radikalizm, milli-mənəvi dəyərlər, müxtəlif əqidələr haqqında məlumat verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxış edərək, dövlət və din siyasəti, dünyada gedən prosseslər, milli-mənəvi dəyərlər, dinə dövlətin göstərdiyi qayğısı haqqında geniş danışıb. Dini icmanın təsisçisi Mətləb Abbasov isə milli-mənəvi dəyərlərimiz qoruyaq kondektsində, radikalizmə meyililərin qarşısının alınması sahəsində görüləsi işlər barədə məlumat verib.
****
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Separadi kənd məscidi dini icmasının “Dini radikalizmə və yad təsirlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin yeri!” layihəsi çərçivəsində Separadi kəndi tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin məsləhətçisi Ayiq Səmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlar Komissiyasının psixoloqu Cəmalə Sadıqova, Ləj kənd məscidinin axundu, AMEA-nın doktorantı Samid Quliyev, Separadi kənd məscidi dini icmasının sədri İsabala İbadov, Separadi kənd tam orta məktəbin direktoru Məhərrəm Nurullayev, məktəb müəllimləri və həmin məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Qağayı Məmmədov “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu”, Cəmalə Sadıqova "Erkən nikah və onun fəsadları", Samid Quliyev "Qurban bayramı və onun fəlsəfəsi" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Sonda tədbir iştirakçılarına dini icma tərəfindən hazırlanmış hədiyyələr paylanıb.
(1).jpg)
(14).jpg)
.jpg)
(15).jpg)
(10).jpg)
(20).jpg)