Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.12.2014

Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevi anım tədbiri keçirilib

Dekabrın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəfatının on birinci ildönümü ilə bağlı Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb. Əvvəlcə Ümummilli Liderin Dövlət Komitəsindəki büstü önünə gül dəstəsi qoyulub. Daha sonra kollektivin iştirakı ilə anım tədbiri keçirilib. Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Ulu Öndərin həyat yolundan və fəaliyyətindən söhbət açıb, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu, çətinliklə əldə edilən müstəqilliyin qorunub saxlandığını diqqətə çatdırıb. O, dahi şəxsiyyətin həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulayıb. Heydər Əliyevin Azərbaycanın həm iqtisadi, həm də humanitar sahələrin inkişafı ilə yanaşı, ordu quruculuğuna böyük töhfələr verdiyini vurğulayan Səyavuş Heydərov respublikada hərbi məktəblərin açılması, yülsək ixtisaslı hərbi kadrların yetişməsində Ulu Öndərin uzaqgörən siyasətinin tərkib hissələrindən biri olduğunu vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlılığını xüsusi qeyd edərək vurğulayıb ki, Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirmişdir.
Səyavuş Heydərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilib. Bu gün Prezident İlham Əliyev, həm də Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisidir. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
Daha sonra Dövlət Komitəsinin kollektivi Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.