Şriftin ölçüsü:

Saytın rəngi:

28.02.2015

Dövlət Komitəsində müşavirə keçirilib

Fevralın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib. Müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib. Komitə sədri bildirib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların fəaliyyətini stimullaşdırmaq məqsədilə onların sosial layihələrə cəlb edilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub.