Şriftin ölçüsü:

Saytın rəngi:

30.07.2024

Dövlət Komitəsində keçirilmiş apellyasiyanın nəticələri açıqlanıb

İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Komissiyasının iclası keçirilib.

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün cari ilin 27 iyun - 06 iyul tarixlərində baş tutmuş müsahibənin nəticələri ilə bağlı 11 nəfər Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib.

Komissiyanın keçirdiyi iclasda iddiası təmin edilən 1 nəfərin müsahibə nəticəsi məqbul hesab olunub. 9 nəfər iddiaçının nəticələri ilə bağlı Müsahibə Komissiyasının verdiyi qərar tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb. Ərizə ilə müraciət etmiş 1 nəfər isə apellyasiya prosesinə qatılmayıb.

Qeyd edək ki, Apellyasiya Komissiyasının qərarından narazı qalan vətəndaşlara məhkəməyə müraciət etmək hüquqlarının olması barədə ətraflı məlumat verilib.