09.07.2015
Dövlət Komitəsində görüş keçirilib
İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Görüşdə iki ölkə arasında din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsinin vacibliyi vurğulanıb. Eyni zamanda müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.