Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.07.2015

Dövlət Komitəsində Fələstin səfiri ilə görüş olub

İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fələstin Muxtariyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhimi qəbul edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səfiri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edərək,  iki müsəlman ölkəsi arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Eyni zamanda, görüşdə ölkələrimiz arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.