Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.12.2025

Dövlət Komitəsində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə dair iclas keçirilib

Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qulluqçularının xidməti fəaliyyətinə dair illik qiymətləndirmə hesabatlarının müzakirəsi, eləcə də dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə, o cümlədən insan resurslarının idarə olunması mövzusunda iclas keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü və 3.2-ci bəndlərinin icrası çərçivəsində keçirilən iclasda Dövlət Komitəsinin Aparat rəhbəri Elşad Miraləm, sədrin müşaviri, eləcə də şöbə və sektor müdirləri iştirak ediblər.
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, səriştə (kompetensiya) modelinin tətbiqi, hesabatlılığın artırılması, insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsi və rəhbər vəzifəli şəxslərin məsuliyyətinin artırılması məsələləri müzakirə olunub. Bildirilib ki, dövlət qulluğu və insan resursları sahəsində icra olunan bu tədbirlərin məqsədi dövlət qulluqçularının peşəkar inkişafını stimullaşdırmaq, fəaliyyətin obyektiv qiymətləndirilməsini təmin etmək və idarəetmə proseslərinin səmərəliliyini artırmaqdır.
Sonda təkliflər dinlənilib, Dövlət Komitəsi sədrinin tapşırıq və tövsiyələri iştirakçıların diqqətinə çatdırılıb.