Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.01.2018

Dövlət Komitəsi sədrinin qəbul gününün tarixi dəyişdirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib. Vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcəkdir.
Qəbul Şirvan şəhər Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi,8) saat 11:00-da baş tutacaqdır. Qəbulda Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
 
DQİDK-nın bölgə şöbə müdiri: Azər Sadıqov
Mob: (050) 599-80-69
Telefon: (02121) 5-21-30
e-mail: chairman@scwra.gov.az
info@scwra.gov.az