Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.02.2021

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının Qarabağ barədə romanı Türkiyədə çapdan çıxıb

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi üzrə seçmə ədəbi nümunələrimizin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Layihə üzrə tanınmış yazıçı-publisist Səyyad Salahlının (Səyyad Aran) "Mezar taşı" romanı Türkiyə türkcəsində işıq üzü görüb.

Ötən əsrin sonlarında işğalçı Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində törətdiyi qətliamlardan bəhs edən yazıçı zülmə məruz qalmış bir ailənin həyatını romana çevirib.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə uyğunlaşdırdığı əsər "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla çap olunub.

Qeyd edək ki, şanlı Ordumuzun Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı mübarizəyə dəstək məqsədilə İstanbuldakı Azərbaycan Kültür Dərnəyi "Zengin Yayıncılık" nəşriyyatı ilə birgə tədbir keçirilib, tədbir zamanı qurulan stenddə Səyyad Salahlının (Səyyad Aran) "Mezar taşı" kitabı və Qarabağ həqiqətləri ilə bağlı bukletlər də ziyarətçilərə paylanılıb.