Şriftin ölçüsü:

Saytın rəngi:

18.06.2013

Dövlət Komitəsi Qubada regional konfrans keçirəcək

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Quba rayon İcra Hakimiyyətinin dəstəyi ilə Respublikanın Şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans keçirəcəkdir.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkilləri, Şimal bölgəsi üzrə rayonların icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, konfransda Şimal bölgəsinin 5 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədənin iştirakı və tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulmuşdur.

Xatırladaq ki, bundan əvvəl Dövlət Komitəsi Şimal-qərb bölgəsi üzrə Oğuz, Cənub bölgəsi üzrə Lənkəran və Şirvan bölgəsi üzrə Şamaxı şəhərlərində analoji tədbirlər keçirmişdi.
 
 
DQİDK-nın mətbuat xidməti